Sarkisyandan krallar kimi doğum günü: ac ermənilərə deyilən sağlıqlar
Bizi izləyin

Dünya

Sarkisyandan krallar kimi doğum günü: ac ermənilərə deyilən sağlıqlar

İyunun 30-da 62 yaşını tamam edən Ermənistan prezidenti Serj Sarkisyan doğum gününü krallar kimi keçirib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, mərasim İrəvanda “Vanatur” restoranına baş tutub.

“Mərasimdə nazirlər, oliqarxlar iştirak ediblər. Hər nazir və oliqarx Sarkisyana daha yaxşı hədiyyə vermək uğrunda yarışa giriblər.

Məlumatlara görə, əsil krallar kimi keçirilən doğum günü mərasiminə külli miqdarda vəsait xərclənib. Sarkisyan restoranı yarımçıq tərk edərək, mərasimin digər yarısını evində keçirməyə yollanıb. Mərasim iştirakçıları isə səhərə qədər prezidentlərinin sağlığına içiblər”, - deyə qəzet yazır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm