Dünya
Rusiya bazasına hücumun qarşısı alındı
Qazaxıstanın Karağandı vilayətində xüsusi əməliyyatın gedişatında saxlanılan ekstremistlər Balxaş şəhəri ərazisindəki Rusiya hərbi bazasına hücum etməyi planlaşdırırlarmış.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan milli təhlükəsizlik strukturlarına yaxın mənbə bildirib.
Cümə axşamı Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Vladimir Jumakanov Karağandı vilayətində keçirilən xüsusi əməliyyatda altı ekstremistin tutulduğunu açıqlayıb. Onun sözlərinə görə, bütün saxlanılanlar Qazaxıstan vətəndaşlarıdır.
Komitə sədri qeyd edib ki, onlar Karağandı ərazisində terror aktları planlaşdırırlarmış.
“Onlar Rusiya hərbi hissəsinə hücum etməyi, hücumdan sonra isə Suriyaya getməyi planlaşdırıblar”, - mənbə deyib.
Bu barədə hələlik Rusiya və Qazaxıstan hüquq nmühafizə orqanları tərəfindən rəsmi şərh yoxdur.
Qeyd edək ki, Başxaşdakı hərbi bazada Rusiyanın raket hücumundan xəbərdarlıq sistemi yerləşir.
Ömər Dağlı
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO