Medvedev Qərbə qarşı sanksiyaları uzatdı
Bizi izləyin

Dünya

Medvedev Qərbə qarşı sanksiyaları uzatdı

Rusiyanın baş naziri Dmitri Medvedev Qərb ölkələrinə qarşı tətbiq etdiyi ərzaq embarqosunu 31 dekabr 2017-ci ilə qədər uzadılması haqqında sərəncam imzalayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, sanksiyaların müddəti 6 avqust 2016-cı il tarixində başa çatırdı.

Sanksiyalar ABŞ, Avropa Birliyi ölkələri, Kanada, Avstraliya, Norveç, Ukrayna, Albaniya, Monteneqro, İslandiya və Lixtenşteynə aiddir.

Qeyd edək ki, bu gün Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini 31 yanvar 2017-ci ilə qədər uzadıb. Qurum qərarını Ukrayna böhranının həlli üzrə Minsk razılaşmalarının tam həcmdə yerinə yetirilməməsi ilə izah edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm