İstanbul terroru ilə bağlı Azərbaycan vətəndaşı saxlanılıb
Bizi izləyin

Dünya

İstanbul terroru ilə bağlı Azərbaycan vətəndaşı saxlanılıb

İstanbulun Atatürk Hava Limanında törədilən terror aktıyla əlaqədar xüsusi əməliyyatın gedişatında Azərbaycan vətəndaşı da saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda Türkiyə hüquq müdafiəçilərinə istinadən “Kafkazskiy uzel” saytı yazıb.

İyunun 30-u polis və terrorizmlə mübarizə üzrə bölməsinin əməkdaşları İstanbulun müxtəlif rayonlarında anti-terror əməliyyatı keçirib.

“Mənim məlumatıma görə, əməliyyatın gedişatında təxminən beş nəfər saxlanılıb. Onlardan üçü Dağıstan, digərləri isə Çeçenistan və Azərbaycan sakinləridir”, - Türkiyədə yerli hüquq müdafiə təşkilatları ilə əməkdaşlıq edən Dağıstan sakini “Kafkazskiy uzel” saytına deyib.

Azərbaycan vətəndaşının İstanbulun Avropa hissəsində yerləşən Kayaşehir rayonunda saxlanıldığı bildirilir.

“Biz onun adını çəkmək istəmirik. Terrorizmlə mübarizə üzrə bölmənin əməkdaşları səhər tezdən gəldilər. Hamı yatırdı. Bölmənin əməkdaşları ailə üzvlərindən birini apardılar”, - deyə Azərbaycan vətəndaşının qonşusu bildirib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşı daha əvvəl miqrasiya xidmətinin əməkdaşları tərəfindən saxlanılıbmış.

Xatırladaq ki, iyunun 28-də törədilən terror aktında 43 nəfər həyatını itirib, 240 nəfər yaralanıb. Terror hücumuna görə heç bir qruplaşma məsuliyyəti üzərinə götürməsə də, Türkiyə hökuməti hadisədə İŞİD terror qruplaşmasının hücum elementlərinin olduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm