“ABŞ Ukraynaya hərbi yardım ayıra bilər”
Bizi izləyin

Dünya

“ABŞ Ukraynaya hərbi yardım ayıra bilər”

ABŞ hərbi yardım qismində Ukraynaya 500 mln. dollar ayıra bilər.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Borispol hava limanında hərbi texnikanın qəbul edilməsi zamanı Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

Onun sözlərinə görə, kontrbatareya əleyhinə radiolokasiya sistemi ölkənin müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək.

“Bu addım ABŞ hökumətinin Ukraynaya bu il üçün nəzərdə tutulmuş hərbi-texniki yardımın az bir hissəsidir. Bu yardım üçün ABŞ 335 mln dollar ayırıb. Konqresdə Ukraynaya əlavə olaraq 500 mln. dolların ayrılması barədə qanun layihəsinə baxıldığı zaman belə bir addımın atılması çox mühümdür”, - deyə Poroşenko qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm