Klinton FTB-yə çağırıldı
Bizi izləyin

Dünya

Klinton FTB-yə çağırıldı

Amerika Birləşmiş Ştatları Federal Təhqiqatlar Bürosu ölkənin sabiq dövlət katibi Hilari Klintonu dindirib. ANS PRESS-in məlumatına görə, Klinton ilə müsahibə onun elektron məktublardan istifadə etməsi ilə bağlı olub.

Klinton könüllü olaraq Federal Təhqiqatlar Bürosu əməkdaşlarına müsahibə verib.

FTB ABŞ prezidentliyi uğrunda mübarizə aparan demokrat siyasi lideri elektron məktub təhlükəsizliyini doğru təmin etməməkdə ittiham edir.

2012-ci ildə Liviyanın Benqazi şəhərində yerləşən ABŞ konsulluğu əl-Qaidəsilahlılarının hücumuna məruz qalmış, nəticədə Amerikanın bu ölkədəki səfiri Kristofer Stivens də daxil olmaqla 4 amerikalı öldürülmüşdü.

Həmin dövrdə ABŞ dövlət katibi vəzifəsində Hilari Klinton çalışırdı.

Hazırda ölkənin ədliyyə nazirliyi hadisə ilə əlaqədar rəhbərliyin məsuliyyət daşıyıb-daşımadığını araşdırır.

Baş prokuror Loretta Linç FTB-nin Klintonla bağlı topladığı dəlillərdən istintaq prosesində istifadə edəcəyini deyib.

Bir neçə gün əvvəl Konqresin Benqazi komitəsi Ağ Ev administrasiyasını hücuma vaxtında reaksiya bildirməməkdə təqsirləndirmişdi.

Lakin Klintonun faktla bağlı hər hansı bir səhvə yol verdiyinə dair indiyə qədər heç bir dəlil tapılmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm