Əsəd yeni hökumətinin tərkibini təsdiqlədi
Bizi izləyin

Dünya

Əsəd yeni hökumətinin tərkibini təsdiqlədi

Bu gün Suriya prezidenti Bəşər Əsəd ölkənin yeni hökumətin tərkibinin təsdiqi haqqında fərman imzalayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, baş nazir postunu energetika naziri vəzifəsində çalışan İmad Xamis tutub.

Xarici işlər naziri Vəlim Müəllim, müdafiə naziri Fahd Cassem əl-Freic və milli barışıq naziri Əli Heydər öz postlarında saxlanılıb.

Xatırladaq ki, Bəşər Əsəd ölkə hökumətini iyunun 22-də istefaya göndərmişdi. Nazirlər Kabinetinin istefaya göndərilməsinin səbəbi açıqlanmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm