Medvedyevdən Türkiyə açıqlaması: “Mən də...” – VİDEO
Bizi izləyin

Dünya

Medvedyevdən Türkiyə açıqlaması: “Mən də...” – VİDEO

Rusiyanın Baş naziri Dmitri Medvedyev Türkiyə ilə münasibətlərin yenidən qurulması ilə bağlı fikirlərini bölüşüb.

Axar.az xəbər verir ki, “Rusiya 24” telekanalına müsahibə verən baş nazir Moskva hökumətinin Ankara ilə bütün sahələrdəki əlaqələrə yenidən baxacağını deyib:

“Nazirlər və baş nazir köməkçisi bununla məşğul olacaq. Şəxsən mən də müzakirələrə hazıram”.

Rusiya vətəndaşlarına yay aylarında Türkiyəni ziyarət etmə imkanı yaradılmasının vacib olduğunu deyən Medvedyev Türkiyəyə təhlükəsizlik tədbirlərini artırmağı məsləhət görüb:

“Türkiyə terror hücumuna məruz qaldı və təəssüf ki, bu ilk dəfə olmadı. Bu səbəbdən təhlükəsizlik məsələsi ön planda olmalıdır”.

Digər tərəfdən Medvedyev Türkiyə də daxil olmaqla heç bir ölkənin maraqları üçün iqtisadiyyatda dəyişiklik etməyəcəklərini bildirib:

“Əlbəttə, yaxşı niyyətlərlə bazarımıza daxil olanlara “Türk şirkətləri geri dönür, siz getmək məcburiyyətindəsiniz”, deməyəcəyik. Hər şey olduğu kimi davam edəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm