Üç kənd İŞİD-dən azad edilib
Bizi izləyin

Dünya

Üç kənd İŞİD-dən azad edilib

İraq qoşunları Mosul şəhərinin cənub-şərqində üç kəndi İŞİD terror qruplaşmasından azad edib.

Bu barədə "Əl Sumaria" telekanalı İraq ordusunun zabitinə istinadən xəbər verib.

Məlumatda bildirilir ki, İraqın şimalındakı şəhər İŞİD-in ölkədəki əsas dayağı olaraq qalır.

"İraq hərbçiləri qərbdəki Mahmur rayonunun Əl-Haram, Əл-Ədriyə və Əl-Mahal kəndlərini İŞİD-dən azad edib" – deyə zabit telekanala bildirib.

Onun sözlərinə görə, əməliyyat zamanı 29 terrorçu məhv edilib.

İraq ordusunun istehkamçıları hazırda geri alınan əraziləri minalardan təmizləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm