Peresdən 7 İl sonra “One minute” cavabı - VİDEO
Bizi izləyin

Dünya

Peresdən 7 İl sonra “One minute” cavabı - VİDEO

İsrailin keçmiş prezidenti Şimon Peresdən 7 il sonra “one minute” cavabı gəldi.

Publika.az xəbər verir ki, “Hürriyyət” qəzeti Türkiyə-İsrail münasibətlərinin normallaşması ilə bağlı Şimon Peresin fikirlərini öyrənib.

Peresin cavabı isə bu şəkildə olub: “Mən irəliyə baxan bir insanam. Ürəyimdə yaxşı duyğular var. Vaxtımı incikliklərlə keçirmək istəmirəm. Gələcəyi dəyişdirmək üçün keçmişlə ayrılmağınız şərtdir. Xəyal qura bilməlisiniz. Olan oldu, bitdi, getdi. Davamlı olaraq keçmişlə yaşaya bilməzsiniz. Bunun səbəbi də çox sadədir: keçmiş ölüdür və onu dəyişdirə bilməzsiniz. Ona görə də unudun! Qədim tarixləri və mədəniyyətləri olan iki ölkənin sülh içində yaşamamaları üçün heç bir səbəb yoxdur. Türkiyə ilə İsrailin doğru vaxtda razılaşma əldə etdiyinə inanıram”.

Keçmiş prezident razılaşmadan hər iki tərəfin qazandığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm