“İncirlik” hərbi bazası Rusiyanın üzünə açıqlacaqmı? – türk politoloqun şərhi
Bizi izləyin

Dünya

“İncirlik” hərbi bazası Rusiyanın üzünə açıqlacaqmı? – türk politoloqun şərhi

“İncirlik” bazasının Rusiya təyyarələrinin üçün açılacağı inandırıcı deyil”.

Bu barədə Publika.az-a açıqlamasında London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü Onur Öymen Türkiyənin “İncirlik” hərbi bazasını Rusiya üçün açması xəbərini şərh edərkən deyib.

Türkiyəli politoloq qeyd edib ki, bu barədə açıqlamalar verilsə də, qarşıdakı dövrdə bunun baş verməsi çətin görünür: “Hər şeydən öncə ABŞ-ın buna icazə verəcəyi sual altındadır. “İncirlik” hərbi bazası əsasən ABŞ əsgərlərinin yerləşdiyi məkandır. Rusiya-ABŞ münasibətləri fonunda rus təyyarələrinin bura daxil olmasına icazə veriləcəyi inandırıcı görünmür”.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Soçidə rusiyalı həmkarı ilə görüşdə müzakirə edilən məsələləri açıqlayıb. O, Türkiyənin “İncirlik” bazasını İŞİD-ə qarşı mübarizədə Rusiyanın istifadəsinə verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm