“İncirlik” mesajının arxasındakı iki məqam
Bizi izləyin

Dünya

“İncirlik” mesajının arxasındakı iki məqam

“Rusiyanın “İncirlik”dən istifadə etməsi üçün mütləq Moskva ilə Vaşinqton arasına hərbi razılaşma olmalıdır. Əks təqdirdə, bu hərbi bazanın Rusiya təyyarələrinin üzünə açılması mümkünsüzdür”.

Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Türkiyə birtərəfli qaydada bazanı rus təyyarələrinin ixtiyarına verə bilməz: “Burada bir neçə məqam diqqət çəkir. Birincisi, Türkiyənin bu açıqlama ilə ABŞ-a mesaj verməsidir. Yəni Türkiyə-Rusiya hərbi əməkdaşlığına işarə vurularaq, ABŞ-ın Türkiyə əleyhinə addımlarına cavab vermək. Bu gün ABŞ Suriyada kürd muxtariyyəti yaratmaq istəyir və Türkiyəni PKK-nın qolu olan PYD terrorçuları ilə əməkdaşlıq etməyə məcbur edir”.

Politoloq qeyd edib ki, ikinci diqqət çəkən məqam isə həqiqətən də Rusiya-ABŞ hərbi razılaşmasının olmasıdır.

“ABŞ Suriyada uğursuzluqdan sonra Rusiya ilə əməkdaşlığa gedə bilər. Əslində müəyyən yumşalma da bu ehtimalı artırır. Türkiyə də məhz əməkdaşlıq müzakirələrinə istinad edərək, bu açıqlamanı verir”, - deyə o bildirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm