İstanbulda Azərbaycan vətəndaşına qarşı “ZÜMRÜD ƏMƏLIYYATI”
Bizi izləyin

Dünya

İstanbulda Azərbaycan vətəndaşına qarşı “ZÜMRÜD ƏMƏLIYYATI”

İstanbulun Polis İdarəsi və Qaçaqmalçılığa qarşı mübarizə şöbəsinin qrupları Sabiha Gökçen hava limanında “zümrüd əməliyyatı” keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı çay paketlərində 5,5 kiloqram zümrüdü Dubaydan Türkiyə ərazisinə keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb.

Ələ keçirilən və işlənilməyən zümrüdün bazar dəyərinin 1 milyon lirə olduğu bildirilir. Ekspertlər bildirirlər ki, üzərində işlənəcəyi halda qiymətli daşların bazar dəyəri 3 milyonu keçəcək. Azərbaycan vətəndaşının adı açıqlanmayıb.

Zümrüd daşlarını almaq istəyən şəxslərin kimliyinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm