Peyğəmbərin Məscidi yaxınlığında partlayış - VİDEO/FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Peyğəmbərin Məscidi yaxınlığında partlayış - VİDEO/FOTOLAR (YENİLƏNİB)

“Al-Arabiya” telekanalın verdiyi məlumata görə, Məscidül Nəbi (Peyğəmbər Məscidi) məscidi yaxınlığında kamikadze üzərindəki partlayıcını işə salıb. “Əl-Cəzirə” telekanalının məlumatına görə, partlayış nəticəsində 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.

Qeyd edilir ki, kamikadze axşam namazı zamanı məscidin ərazisinə keçə bilməyıb və avtodayanacaqda özünü partladıb.

Qətif şəhərindəki məsciddə kamikadze özünü partladıb. İlkin məlumatlara görə, qurbanlar yoxdur.

“Reuters” agentliyinin hadisə şahidlərinə istinad edərək verdiyi xəbərdə deyilir ki, partlayış yerində cəsəd parçaları görüblər. AFP agentliyinə danışan bir hadisə şahidi isə kamikadzenin cəsədini gördüyünü bildirib. Hadisə şahidlərinin verdiyi məlumata görə, ilk partlayış avtoparkda, ikincisi isə məscidin yaxınlığında baş verib.

Qətif şəhərinin əhalisinin əksəriyyətini şiələr təşkil edir.

Partlayışlara görə, hələ heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

*****

Səudiyyə Ərəbistanın Mədinə şəhərinin Məscidül Nəbi (Peyğəmbər Məscidi) məcidi yaxınlığında 3 dəfə partlayış baş verib.

Publika.az xəbər verir ki, partlayış iftar zamanı baş verib. Digər güclü partlayış isə Qətif şəhərindəki məsciddə baş verib.

Partlayışın səbəbi məlum deyil.

Qeyd edək ki, Məscidül Nəbi məscidində Məhəmməd Peyğəmbərin qəbri yerləşir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm