Ərdoğan Qafqaz ölkələrindən gələnləri suçladı
Bizi izləyin

Dünya

Ərdoğan Qafqaz ölkələrindən gələnləri suçladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı namazından sonra İstanbulun Atatürk Hava limanında törədilən terror aktı ilə əlaqədar açıqlama verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Qafqaz ölkələrindən gələnlərin bu işin içində olduğunu söyləyib.

“Hadisə ilə əlaqədar 30 nəfər həbs olunub. Onların həbs olunması ilə bir çox ip ucları tapıla bilər. Həbs olunanlar arasında Dağıstan, Qırğızıstan və Tacikistan sakinləri var. Qonşu Qafqaz ölkələrindən gələnlər çox təəssüf ki, bu işin içərisindədir. Terror aktı təbii ki, tamamilə İŞİD-in metodları ilə törədilib. Mövzu diqqətlə izlənilir”, - Ərdoğan deyib.

Xatırladaq ki, iyunun 28-də törədilən terror aktında 45 nəfər həyatını itirib, 240 nəfər yaralanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm