Alparslan Türkeşin anma proqramı
Bizi izləyin

Dünya

Alparslan Türkeşin anma proqramı

Alparslan Türkeşin anma proqramı

Ülküçülük nədir? Bunun hərfi mənası ilə bağlı yazmaq fikrim yoxdur, bu barədə bilirsiz. Mənə görə isə ülküçülük axan bir çaydır ki, bu çay axdıqca öz yatağını genişləndirməkdədir. Bu çayın mənbəyi Başbuğ Türkeşdisə, mənsəbinin isə Böyük Turan olacağına inanmaq istəyirəm.

Dünyasını dəyişməsinin 17 – ci il dönümündə dünya ülküçülərinin lideri Alparslan Türkeş həm də Niderland ülgüçüləri tərəfindən sayğıyla anılmaqdadır. Hollnadiya Türk Federasiyası (HTF) ona bağlı olan bir neçə təşkilatda (HTF – yə 21 təşkilat bağlıdır) Başbuğu anma proqramları təşkil etmişdi. Belə tədbirlərin biri də Niderlandın Dordrext (Dordrecht) şəhərində, HTF – yə bağlı olan Dordrext Ayasofya Camidə təşkil olunmuşdu. Tədbir Türkiyənin İstiqlal Marşının oxunması və Alparslan Türkeçin ruhuna müqəddəs kitabızın, Quranın oxunması ilə başlandı.

Daha sonra Derdrext Ayasofya Dərnəyinin başqanı Vedat Özdal gələn qonaqları salamlayaraq dünya durduqca Başbuğun hər zaman yad olunacağını qeyd etdi. Türkiyədən Niderlanda xüsusi olaraq HTF – nin Başbuğa həsr olunmuş tədbirlərinə qatılmaq, onun haqqında xatirələrini bölüşmək üçün gəlmiş eyitimçi/ yazar Qazı Karabulutun çıxışı da olduqca maraqlı oldu.

Daha sonra kürsüyə qalxan HTF Genəl Başqanı Murat Gedik gənclərin Alparslan Türkeşi daha dərindən öyrənməli olduğunu dedi. “Gözünü açanda dədəni, babanı ülküçü gördün deyə ülküçü olmaq olmaz. Elmlə, təhsillə, ülküçülüyü öyrənərək, dərk edərək üıküçü olmaq lazımdır” – deyə Murad bəy sözünə davam etdi. Tədbirdəki bütün çıxışlar iştirakçılar tərəfindən maraqla dinlənildi.

Tədbirdə həmçinin Alparslan Türkeşin həyatından bəhs olunan təqdimat (prezentasiya) və onun fəaliyyətinə həsr olunmuş video nümayiş olundu, musiqilər səsləndi. Tədbirdən sonra Alparslan Türkeşin ruhuna ehsan verildi. Başbuğun anma proqramları qarşıdakı günlərdə də HTF – yə bağlı olan digər təşkilatlarda davam edəcəkdir. Vüqar Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm