“Tək qol” qatil İraqdadır! İŞİD-in “sirr qutusu”nun YERİ BİLİNDİ
Bizi izləyin

Dünya

“Tək qol” qatil İraqdadır! İŞİD-in “sirr qutusu”nun YERİ BİLİNDİ

İstanbulun Atatürk Hava Limanında törədilən terror aktını planlaşdırmaqda şübhəli bilinən çeçen terrorçusu Əhməd Çatayevin olduğu yer müəyyənləşdirilib.

Publika.az Türkiyənin “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, Çatayev İraqın Mosul vilayətinin Tel-Afer bölgəsində gizlənir.

İstanbulun hər nöqtəsini ovcunun içi kimi yaxşı tanıyan və illərlə Avropa-Türkiyə-Gürcüstan üçbucağında “Qafqaz Əmirliyi” (“İmarat Qafqaz”) üçün işləyən Əhməd Çatayev 2014-cü ildə qəflətən İŞİD-ə qatılıb. “Qafqaz Əmirliyi”nin İnquşetiya üzrə nümayəndəsi Səid də onunla birlikdə İŞİD-ə qoşulub.

Çatayev İŞİD-ə qoşulduqdan sonra İraq bölgəsində olan qafqazlı döyüşçülərlə işləyib. O, əlaqələrindən istifadə edərək bir çox təcrübəli çeçen döyüşçünü də İŞİD-ə cəlb edib. Təxminən 200 nəfərlik təcrübəli çeçen qrupuna komandanlıq edən Əhməd Çatayevin Mosulun Tel-Afer bölgəsində olduğu təxmin edilir. Eyni zamanda ciddi kəşfiyyat əlaqələrinə sahib olan Əhməd Çatayev rus dilindən başqa ərəb və alman dillərini bilir.

“Tək qol” ləqəbli Çatayev İŞİD-in “sirr qutuları”ndan biri hesab olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm