Rusiya “Admiral Kuznetsov”u Suriya sahillərinə göndərir
Bizi izləyin

Dünya

Rusiya “Admiral Kuznetsov”u Suriya sahillərinə göndərir

Rusiya “Admiral Kuznetsov” adlı aviadaşıyıcısını Suriya sahillərinə göndərir.

Publika.az xəbər verir ki, bu barədə hərbi mənbələr “TASS”-a məlumat verib.

Mənbə Rusiya təyyarələrinin İŞİD-i bombalayaraq, rahat şəkildə geri dönməsi üçün gəminin Suriya sahillərinə yaxın ərazidə lövbər atacağını bildirib.

Məlumata görə, gəmidə S-33 və MiG-29K qırıcıları də daxil olmaqla 15 döyüş təyyarəsi və 10-dan çox helikopter yerləşir.

Hərbi gəmidəki əsgərlərin Lazkiye yaxınlarında yerləşən “Hmeymim” hərbi bazasında rus əsgərləri ilə koordinasiyalı şəkildə hərəkət edəcəyi deyilir.

“Admiral Kuznetsov” 2017-ci il yanvar ayının sonuna qədər Suriya sahillərində qalacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm