Donbasa Ukrayna xüsusi təyinatlıları gətirildi - VİDEO
Bizi izləyin

Dünya

Donbasa Ukrayna xüsusi təyinatlıları gətirildi - VİDEO

Ukraynanın şərqində baş qaldıran itaətsizliklə əlaqədar Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” xüsusi təyinatlıları Donbasa gətirilib.

Ukraynanın şərqində baş qaldıran itaətsizliklə əlaqədar Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” xüsusi təyinatlıları Donbasa gətirilib.

Ölkə prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun etirazçılara qarşı mübarizə barədə bəyanatından sonra təyyarələr Donbas hərbi hava limanına eniş edib.

Xatırladaq ki, bu vaxta qədər ölkə daxilində baş verən bütün gərgin anların qarşısının alınması “Berkut” və “Titan” xüsusi təyinatlılara həvalə edilirdi. Məlum Maydan hadisələrindən sonra xüsusi qərarla hər iki bölmə ləğv olunub. Hazırda ölkə əhəmiyyətli hadisələr “Alfa”ya tapşırılır. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm