Türkiyə qırıcıları terrorçuları darmadağın etdi
Bizi izləyin

Dünya

Türkiyə qırıcıları terrorçuları darmadağın etdi

Türkiyə Silahlı Qüvvələri ölkənin Şırnak Beytüşşebap bölgəsində PKK terror təşkilatına qarşı hərbi hava əməliyyatı keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hava əməliyyatlarına qırıcı təyyarələr və döyüş helikopterləri cəlb olunub.

Hava əməliyyatları nəticəsində PKK-ya məxsus mağaralar və düşərgələr vurulub.

Təqribən 4 saat davam edən əməliyyat zamanı 2-si qadın olmaqla, 5 terrorçu məhv edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm