İngiltərə xilas yolunu tapdı: Marqaret Tetçer qayıdır?
Bizi izləyin

Dünya

İngiltərə xilas yolunu tapdı: Marqaret Tetçer qayıdır?

“Brexit”dən sonra istefa verən İngiltərə baş naziri Devid Kameronu qadın siyasətçi əvəzləyə bilər.

Publika.az xəbər verir ki, İngiltərənin Mühafizəkarlar Partiyası yeni liderini və baş nazirliyə namizədini müəyyənləşdirmək üçün ilk tur seçkisi keçirib.

Hazırda partiya daxilində 5 namizəd var. Namizədlərdən ən nüfuzlusunun Teresa May adlı qadın siyasətçi olduğu deyilir. Teresa Mayın ən böyük rəqibi isə enerji nazirliyində çalışan xanım Andrea Leadsomdur.

Londonun keçmiş meri Boris Conson da Leadsomu dəstəkləyir. May, yaxud Leadsom seçilərsə, Marqaret Tetçerdən sonra Böyük Britaniya ilk dəfə qadın baş nazirə sahib ola bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm