ABŞ-a qaçan rus kəşfiyyatçısı ÖLDÜ
Bizi izləyin

Dünya

ABŞ-a qaçan rus kəşfiyyatçısı ÖLDÜ

ABŞ-a qaçan Rusiya Xarici Kəşfiyyatının Xidmətinin keçmiş polkovniki Aleksandr Poteyev ölüb.

Publika.az “İnterfaks” istinadın xəbər edir ki, bu haqda məlumatlı mənbələr bildiriblər.

“Bəzi məlumatlara görə, Poteyev ABŞ-da ölüb. Hazırda bu informasiya yoxlanılır”, - agentliyin həmsöhbətlərindən biri deyib.

Digər bir mənbə istisna etməyib ki, Poteyevin ölümü haqqında məlumatlar məqsədli şəkildə verilib və “satqını sadəcə unutsunlar” məqsədi daşıyır.

Qeyd edək ki, Moskva Hərbi Dairə Məhkəməsi 27 iyun 2011-ci ildə qiyabi olaraq Xarici Kəşfiyyat Xidmətinin polkovnikinə 25 il həbs cəzası verib. Məhkəmənin qərarında bildirilir ki, Poteyevin Mərkəzi Kəşfiyyat İdarəsinə verdiyi məlumatlar Rusiyanın xarici kəşfiyyat xidmətinin məxfiləşdirilmiş agentlər qrupunun ifşasına gətirib çıxarıb. Onlardan biri də məşhur Anna Çapman olub. Polkovnikinin hərəkətlərindən dövlətə dəyən zərər 50 milyon dollar qiymətləndirilib.

Aleksandr Poteyev agentlərin ifşasından bir neçə gün əvvəl Rusiyadan gedib. Məhkəmə hökmünə görə, polkovnik 2010-cu ildə Rusiyadan əvvəlcə Belorusa, oradan isə saxta pasportla Almaniyaya və nəhayət ABŞ-a qaçıb. Bundan başqa, onun ailə üzvləri də ölkəni tərk ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm