Kreml kəşfiyyatçının ölümünü şərh etdi: “Bu...”
Bizi izləyin

Dünya

Kreml kəşfiyyatçının ölümünü şərh etdi: “Bu...”

“Kremldə hesab etmirlər ki, Aleksandr Poteyevin ölümü haqqında xəbərlər Rusiyaya qarşı informasiya kampaniyasını provokasiya edə bilər”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-a qaçan Rusiya Xarici Kəşfiyyatının Xidmətinin keçmiş polkovniki Aleksandr Poteyevin ölümünü şərh edərkən deyib.

“Bu, prezidentin və ya Kremlin məsələsi deyil”, - Peskov bildirib.

Daha əvvəl KİV-də yayılan xəbərə görə, Rusiya xarici kəşfiyyat xidməti ABŞ-a qaçan sabiq əməkdaşının ölümü haqqında xəbərləri şərh etmir.

Qeyd edək ki, bu gün ABŞ-a qaçan Rusiya Xarici Kəşfiyyatının Xidmətinin keçmiş polkovniki Aleksandr Poteyev ölümü barədə xəbər yayılıb.

Qeyd edək ki, Moskva Hərbi Dairə Məhkəməsi 27 iyun 2011-ci ildə qiyabi olaraq Xarici Kəşfiyyat Xidmətinin polkovnikinə 25 il həbs cəzası verib. Məhkəmənin qərarında bildirilir ki, Poteyevin Mərkəzi Kəşfiyyat İdarəsinə verdiyi məlumatlar Rusiyanın xarici kəşfiyyat xidmətinin məxfiləşdirilmiş agentlər qrupunun ifşasına gətirib çıxarıb. Onlardan biri də məşhur Anna Çapman olub. Polkovnikinin hərəkətlərindən dövlətə dəyən zərər 50 milyon dollar qiymətləndirilib.

Aleksandr Poteyev agentlərin ifşasından bir neçə gün əvvəl Rusiyadan gedib. Məhkəmə hökmünə görə, polkovnik 2010-cu ildə Rusiyadan əvvəlcə Belorusa, oradan isə saxta pasportla Almaniyaya və nəhayət ABŞ-a qaçıb. Bundan başqa, onun ailə üzvləri də ölkəni tərk ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm