Bu kəndin gəncləri hər gün bunu edir - QƏRİBƏ FOTOLAR
Bizi izləyin

Dünya

Bu kəndin gəncləri hər gün bunu edir - QƏRİBƏ FOTOLAR

Türkiyənin Muş şəhərinin Çiçəkli və Yuxarısızma kəndinin sakinləri qohumları ilə danışmaq üçün təpələrə çıxmaq məcburiyyətində qalıb. Çünki mobil telefonlar kənddəki yalnız bir neçə təpənin başında şəbəkəni tuta bilir.

Publika.az xəbər verir ki, mərkəzdən 35 km məsafədə yerləşən kəndin sakinləri hər gün bu problemlə qarşılaşır. Kənd rəsmiləri də problemi etiraf edir və dəfələrlə mobil şirkətlərə müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb. Kənddə GSM şəbəkəsi olmadığına görə telefonlar yalnız müəyyən yerlərdə işləyir.

200 sakini olan kənddə hər evdə azı dörd telefon var. Lakin kənd sakinləri həmin telefonları lazımı anda istədikləri kimi istifadə edə bilmir. Sakinlər telefonla danışmaq üçün kənddən 1.5 km məsafədə yerləşən su deposunun olduğu təpəyə çıxırlar.

Sakinlər internetdən bir xəbər oxumaq üçün saatlarla həmin təpənin başında qalırlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm