Filipp Hammond: “Qorxuram ki, Rusiya qarşı...”
Bizi izləyin

Dünya

Filipp Hammond: “Qorxuram ki, Rusiya qarşı...”

“Rusiya Federasiyası barəsində sanksiyalar Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından asılı olmayaraq saxlanılmalıdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Filipp Hammond deyib.

Nazir yenidən narahatlığını ifadə edib ki, Avropa Birliyi Böyük Britaniyasız Rusiya barəsində sərt ölçüləri dəstəkləməyə bilər.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda britaniyalıların 52 faizi Birləşmiş Krallığın Avropa Birliyindən çıxmasına səs verib. Bundan sonra baş nazir Devid Kameron bildirib ki, payızda istefaya gedəcək və Avropa Birliyindən ayrılmağın şərtləri haqqında danışıqları növbəti baş nazir aparacaq. Yeni baş nazirin adı 9 sentyabra qədər məlum olmalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm