Dünya
Kerri Gürcüstanda gürcü şərabına heyran oldu
BŞ nümayəndəsi yerli kafelərdən birində şam
edib.
ABŞ dövlət katibi Con Kerri Gürcüstana səfəri zamanı xaçapuri və
gürcü şərabından heyran olduğunu bildirib.
Tehsil-press.az-ın məlumatına görə, bu barədə dövlət katibi
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə birgə mətbuat
konfransı zamanı deyib.
"Mən ikinci dəfədir ki, Gürcüstandayam. Amma ilk dəfədir buraya dövlət katibi kimi səfər edirəm. Yadımdadır, ötən dəfə gələndə möhtəşəm xaçapuri və gürcü şərabının dadına baxmışdım. Başa düşə bilmirəm, bu dadlardan sonra necə oluub ki, bura daha əvvəl gəlməmişəm", - deyə ABŞ nümayəndəsi bildirib.
Məlum olub ki, Kerri səfər çərçivəsində qədim Tiflisi gəzməyə
vaxt da tapıb. Bundan başqa, o, gənc ixtiraçılar, Gürcüstanın sabiq
Fransa səfiri Mamuka Kudava ilə yerli kafelərin birində şam da
edib.
Con Kerri Gürcüstanda şam edir
ABŞ dövlət katibi Con Kerri Gürcüstana ötən gün səfər edib. Kerrini
burada Gürcüstanın xarici işlər naziri, onun müavini, ABŞ-ın
Gürcüstandakı səfiri və Gürcüstanın ABŞ-dakı səfiri
qarşılayıblar.
O, ilk növbədə burada Gürcüstan-ABŞ strateji Xartiya plenar iclasında iştirak edib, daha sonra o, ölkə prezidenti və baş naziri, iqtidar və müxalifət nümayəndələri ilə görüşüb. Nahara yaxın isə ABŞ dövlət katibinin gürcü həmkarı ilə birgə mətbuat konfransı keçirib.
ABŞ rəsmisinin Gürcüstana səfəri zamanı müdafiə, təhlükəsizlik və iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşməsi məsələləri müzakirə edilib. Sonuncu dəfə Con Kerri Gürcüstana 2008-ci ildə senator kimi səfər edib.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom