Nyu-York da qarışdı - 40 nəfər saxlanılıb
Bizi izləyin

Dünya

Nyu-York da qarışdı - 40 nəfər saxlanılıb

ABŞ-da son günlərdə artan polis zorakılığı ölkə miqyasında etiraz aksiyalarına səbəb olub.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Nyu-York şəhərində keçirilən aksiyalarda 40-a yaxın adam saxlanılıb.

Baton Rouge şəhərində 37 yaşlı qaradərili Alton Sterling, ardınca Minnesota ştatında digər qaradərili Filando Kastilyanın polis tərəfindən silahla vurularaq öldürülməsi irqi ayrı-seçkiliyi və polis zorakılığını yenidən gündəmə gətirib.

Nyu-Yorkda keçirilən etiraz aksiyasının iştirakçıları “polis zorakılığına son” yazılan qolsuz köynək geyinməklə tələblərini ifadə ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm