Dünya
8 aylıq şahzadənin ilk rəsmi səfəri - FOTOLAR
Şahzadə Uilyam (Prince William) və Keyt Middltonun (Kate Middleton) ilk dəfə Şahzadə Corcla (Prince George) xaricə səfər ediblər.
8 aylıq şahzadənin ilk səfəri Yeni Zelandiyaya və
Avstraliyaya olub.
Böyük Britaniyanın kral ailəsinin səfəri artıq baş
tutub. Balaca oğlan valideynləri ilə birlikdə artıq Yeni
Zelandiyanın paytaxtı Vellinqtondadır. Onlar təyyarənin trapında
təəssüratlar yaratmağı bacarıblar. Keyt başdan ayağa qırmızı
geyinmişdi və Corcu qucağında tutmuşdu. Uilyam isə onlarla yan-yana
aşağı düşürdü. Keytin bu səfəri üçün parlaq qırmızı rəngli
"Catherine Walker" geyimi, eyni tonda "Gina Foster" şlyapası və
1952-53-cü illərdə Yeni Zelandiyaya turu zamanı kraliça II
Yelizavettaya hədiyyə edilmiş gümüş broş seçib.
Uilyam və Keyt hava limanından birbaşa onları
rəsmi qarşılama mərasimi gözləyən Yeni Zelandiyanın
qeneral-qubernatorunun iqamətgahına yola düşüblər. Kral ailəsi
sabah istirahət edəcək, sonra isə onları işlər və səgərlər
gözləyir. Çərşənbə günü Uilyam və Keyt gənc valideynlərə tibbi
yardım və dəstək məsələləri ilə məşğul olan "Royal New Zealand
Plunket Society" cəmiyyətini ziyarət edəcəklər.
Uilyam və Ketrin rəsmi səfər və tədbirlərlə məşğul
olarkən, Corca yeni dayəsi Mariya Tereza Turrion Borrallo (Maria
Teresa Turrion Borrallo) baxacaq. Mariya 20 il əvvəl Böyük
Britaniyaya gəlib və orada zadəgən ailələrinin uşaqları ilə
işləyib.
Kral ailəsinin 20 günlük səyahəti vergi
ödəyicilərinə 1,2 milyon dollara başa gələcək. /Anspress
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...