ABŞ-la Şimali Koreya arasında MƏXFİ GÖRÜŞ
Bizi izləyin

Dünya

ABŞ-la Şimali Koreya arasında MƏXFİ GÖRÜŞ

ABŞ-la Şimali Koreya arasında təxminən bir ay öncə Stokholm şəhərinin yaxınlığında yerləşən bağ evində gizli görüş keçirildiyi ortaya çıxıb.

Publika.az xəbər verir ki, İsveçin “Dagens İndustri” qəzeti görüşə Slokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun vasitəçilik etdiyini yazıb.

Bağ evin sahibi Per Taube qəzetə bildirib ki, görüş yüksək səviyyəli vəzifəlilərin iştirakı ilə keçirilib.

Cənubi Koreya mediası isə görüşdə ABŞ-ı Dövlət katibinin keçmiş köməkçilərindən olan Tomas Pikerinqin, Şimali Koreyanı isə Xarici İşlər Nazirliyinin ABŞ-la münasibətlər departamentinin rəhbəri Han Sonqryolun təmsil etdiyini yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm