Poroşenko NATO-ya Rusiya ilə vuruşmağı öyrədəcək - TƏKLİF
Bizi izləyin

Dünya

Poroşenko NATO-ya Rusiya ilə vuruşmağı öyrədəcək - TƏKLİF

Ukrayna prezidenti Pyotr Poroşenko NATO-ya Rusiya ilə vuruşmağı öyrətməyi təklif edib.

Publika.az xəbər verir ki, dövlət başçısı bu haqda Amerikanın “The Wall Street Journal” üçün yazdığı məqaləsində bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, onun ölkəsinin ordusunda müasir Rusiya ordusu ilə real döyüş təcrübəsi var. Poroşenko Şimali Atlantika İttifaqını bu təcrübədən istifadə etməyə çağırıb.

“NATO-ya üzv dövlətlərdə müasir Rusiya ordusu ilə döyüşün real təcrübəsi yoxdur. Amma Ukraynada var”, - məqalədə deyilir.

Məqalədə bildirilir ki, Kiyev və NATO Rusiya ilə qarşıdurmada müttəfiqdir. Onun sözlərinə görə, Ukrayna və NATO arasında daha dərin əməkdaşlıq bütövlükdə Ukrayna, Şərqi Avropa, Qara dəniz regionu və transatlantik məkanda sabitliyə imkan yaradacaq.

Ukrayna prezidenti iyulun 1-də Bolqarıstanın BTV telekanalına müsahibəsində Rusiyanı Ukraynada terror aktlarına hazırlıqda ittiham etdi. “Yalnız son bir il ərzində biz təxminən Rusiya tərəfindən hazırlanan üç yüz terror hücumunun qarşısını aldıq”, - Ukrayna lideri deyib.

Poroşenko və Ukraynanın digər rəsmi şəxsləri Rusiyanı daim təcavüzkar adlandırır və Donbasda münaqişəsində iştirakda ittiham edirlər. 2015-ci ildə Ukraynanın Ali Radası Rusiyanı təcavüzkar dövlət kimi tanıyıb. Kiyev Krımın Rusiyaya birləşməsini işğal kimi qiymətləndirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm