Ohanyanın kreslosu uğrunda mübarizə başladı – İrəvanda daxili savaş
Bizi izləyin

Dünya

Ohanyanın kreslosu uğrunda mübarizə başladı – İrəvanda daxili savaş

“Müdafiə naziri Seyran Ohanyan ətrafında halqa getdikcə daralır”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi ətrafında müəmmalı proseslər baş verir: “Məlumatlar var ki, Ohanyanın kreslosu laxlayır. Hələ ki ona toxunulmur. Ümid edirlər ki, o özü vəziyyətini anlayacaq və vəzifəsindən getməklə bağlı ərizəsini yazacaq. Lakin Ohanyanın özü açıq şəkildə bildirir ki, o ərizəsini yazmayacaq”.

Qəzet qeyd edir ki, artıq hakimiyyətin yuxarı eşelonlarında müdafiə naziri vəzifəsi uğrunda mübarizə başlayıb.

“Bizim mənbələrimiz Ohanyanın yaxın vaxtlarda getməyəcəyini deyir. Hələlik Qarabağ ətrafında vəziyyətin sakitləşməsini gözləmək lazımdır. Vəziyyətin qaynar olması Ohanyana sərf edir”, - deyə qəzet diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm