ABŞ-da təyyarə qəzası: ölənlər var – FOTOLAR
Bizi izləyin

Dünya

ABŞ-da təyyarə qəzası: ölənlər var – FOTOLAR

ABŞ-ın Texas ştatının Hyuston şəhərində kiçik təyyarə qəzaya uğrayıb.

Publika.az xarici mediaya istindən xəbər verir ki, qəza nəticəsində təyyarədə olan 4 nəfər həlak olub.

Təyyarə Qərbi Hyuston hava limanından havaya qalxandan az sonra ağacların üzərinə çırpılıb. Təyyarə yerə düşən zaman partlayıb. Bu zaman hadisə yerində güclü yanğın olub.

Təyyarənin yerə düşdüyü ərazinin yaxınlığında evlər olsa da onlara ziyan dəyməyib. Əks halda, ölənlərin sayı onlarla olacaqdı.

İlkin ehtimala görə, təyyarə mühərrikində yaranan problem səbəbindən yerə düşüb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm