Hələbdə 30-dan çox mülki şəxs öldürülüb
Bizi izləyin

Dünya

Hələbdə 30-dan çox mülki şəxs öldürülüb

“Cəbhət ən-Nüsra” terrorçu qruplaşmasının döyüşçüləri Suriyanın Hələb şəhərində evlərə atəş açıblar.

Atışma nəticəsində 30-dan çox mülki şəxs həlak olub, təqribən 150 nəfər xəsarət alıb. Ölən və yaralananlar arasında qadın və uşaqların üstünlük təşkil etdiyi deyilir.

Məlumata görə, Kastillo yolu uğrunda davam edən döyüşlər zamanı müxaliflər ciddi irəliləyiş əldə edib.

Hökumət qüvvələrinin ərazidən 1 km-ə qədər uzaqlaşdırıldığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm