Türk hərbi təyyarəsi Rusiya səmasına girir
Bizi izləyin

Dünya

Türk hərbi təyyarəsi Rusiya səmasına girir

Türkiyə Hava Qüvvələrinə məxsus CN-235 tipli hərbi təyyarə Rusiyanın hava məkanında yoxlanış keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Sergey Rıjkov deyib.

Onun sözlərinə görə, təyyarədə İtaliya və Türkiyədən olan hərbi ekspertlər olacaq:

“Açıq Səma" razılaşması çərçivəsində 11-15 iyul tarixlərində hərbi mütəxəssislər uçuş həyata keçirəcəklər. Eyni zamanda CN-235 təyyarəsində rusiyalı mütəxəssislər də olacaq”.

Qeyd edək ki, rəsmi Ankara rusiyalı mütəxəssislərin fevral ayında Türkiyə hava məkanında yoxlanış keçirməsinə icazə verməmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm