• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

Qorbaçov NATO-nu ittiham etdi

  • Dünya
  • 10 İyul 2016 08:04
  • 759 Baxış
Qorbaçov NATO-nu ittiham etdi

Keçmiş SSRİ lideri Mixayıl Qorbaçov NATO-nu Rusiyaya qarşı "isti müharibə"yə hazırlaşmaqda ittiham edib. Qorbaçov bildirib ki, NATO rəhbərlərinin səsləndirdiyi fikirlər Rusiya ilə NATO-nu qarşıdurmaya sürükləyir.

Qorbaçov deyib ki, NATO "soyuq müharibədən" "isti müharibəyə" keçidə başlayıb.

Qeyd edək ki, NATO Şərqi Avropada böyük qüvvələrin yerləşdirilməsi qəraraını verib. Bu da Moskvanın narazılığına səbəb olub. NATO bildirir ki, onun hərəkətləri Rusiyanın Krımı ilhaq etməsinə və şərqi Ukraynada separtaçıları dəstəyinə cavabdır.

Qorbaçov hesab edir ki, NATO rəhbərləri müdafiədən danışırlar, ancaq faktiki olaraq hücum əməliyyatına hazırlaşırlar. "Varşavada səslənən fikirlər Rusiyaya müharibə elan etməkdir", - Qorbaçov deyib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR