İrana məxsus döyüş təyyarəsi qəzaya uğradı
Bizi izləyin

Dünya

İrana məxsus döyüş təyyarəsi qəzaya uğradı

İran Silahlı Qüvvələrinə məxsus "Su-24" bombardmançı təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb. İnformasiyaya görə, pilotlar katapult edərək, sağ qalıblar. Onlar helikopterlə Şiraz şəhər xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata əsasən, qırıcı texniki nasazlıq ucbatından qəzaya uğrayıb.

Xəbərdə bildirilib ki, hadisə ölkənin Fars əyalətinin Baxteqan gölü yaxınlığnda baş verib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm