“Seperatçıların arxasında Rusiya dayanır” - Rəsmi
Bizi izləyin

Dünya

“Seperatçıların arxasında Rusiya dayanır” - Rəsmi

“Seperatçıların arxasında Rusiya dayanır” - Rəsmi

“Rusiyanın Ukraynada stabilliyi pozmağa yönəlik bundan sonrakı istənilən cəhdləri Rusiya üçün əlavə itkilər doğuracaq”.

Publika.Az – ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ Dövlət Departamentinin sözcüsü Jen Psaki söyləyib.

Onun sözlərinə görə, Ukrayna böhranının həlli yollarını axtarmaq məqsədilə yaxın 10 gün ərzində danışıqların təşkili üçün Ukrayna, ABŞ, Rusiya və Avropa İttifaqı arasında müzakirələr aparılır.

J.Psaki Ukraynanın cənubi-şərqində baş verənlərin arxasında Rusiyanın dayandığını Vaşinqtonda yaxşı anladıqlarını bildirib.

“Bu regionlardakı seperatçılar ruspərəstlərdir. Bizdə dəqiq məlumatlar var ki, etirazçıların bəziləri yerli sakinlər deyil, onlar muzdlulardır. Bütün bunlar bizdə ciddi narahatlıq yaradır”, - ABŞ Dövlət Departamentinin sözcüsü söyləyib.

Qeyd edək ki, muzdlularla bağlı analoji ittiham Rusiyadan da səslənib. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda etirazların keçirildiyi Ukraynanın şərq regionlarına ABŞ-dan gətirilən 150-yə qədər muzdlunun göndərildiyini bildirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm