Əfqanıstanda 39 terrorçu zərərsizləşdirildi
Bizi izləyin

Dünya

Əfqanıstanda 39 terrorçu zərərsizləşdirildi

Əfqanıstanın Nanqarhar əyalətində İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində terrorçu qruplaşmanın 31 silahlısı zərərsizləşdirilib.

Publika.az "Report"a istinadən xəbər verir ki, bu haqda Əfqanıstanın Müdafiə Nazirliyi məlumat yayıb. İnformasiyaya görə, ölkənin qərbində Nanqarhar əyalətinin Kot rayonunda İŞİD-ə qarşı şiddətli döyüşlər aparılır. Son 24 saatda havadan və qurudan keçirilən antiterror əməliyyatı nəticəsində 31 İŞİD silahlısı öldürülüb, 2-si isə yaralanıb.

Məlumatda bildirilib ki, Əfqanıstanın müxtəlif bölgələrində son sutkada "Taliban" hərəkatına qarşı keçirilən əməliyyat nəticəsində 8 terrorçu zərərsizləşdirilib, çoxlu sayda silah-sursat aşkarlanaraq, götürülüb.

Xəbərə əsasan, əməliyyatlar nəticəsində Əfqanıstan təhlükəsizlik güclərinin iki əməkdaşı həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm