İŞİD-in rus helekopterini vurduğu an - VİDEO
Bizi izləyin

Dünya

İŞİD-in rus helekopterini vurduğu an - VİDEO

Suriyada İŞİD terrorçuları tərəfindən Rusiya hərbi hava qüvvələrinə məxsus Mi-25 helikopterivurulub.

BAKU.WS-in məlumatına görə, hadisə nəticəsində iki Rusiya pilotu həlak olub. İlkin məlumata görə, pilotlar Palmira şəhəri yaxınlığında yoxlanış uçuşu həyata keçirdikləri zaman atəşə tutulublar.

İŞİD qruplaşmasının bir qrup döyüşçüsü Palmiranın şərqində yerləşən Suriya ordusunun mövqelərinə hücum edib. Müdafiəni yararaq terrorçular strateji yüksəklikləri ələ keçirə biliblər. Bu zaman rusiyalı pilotlar Rəfaqət Həbibulin və Yevgeni Dolqin Mi-25 helikopterində yoxlama uçuşu həyata keçiriblər. Helikopter qeri dönən zaman terrorçular onu yerdən vurublar. Helikopter Suriya ordusunun nəzarətində olan əraziyə düşüb, ekipaj həlak olub.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülərin vurulan rus helikopterinə aid olduğu bildirilir. Rusiya XİN hadisə ilə bağlı araşdırmaların davam etdiyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm