Rus “təcavüzü” və Amerika silahı – SATIŞ ARTIR
Bizi izləyin

Dünya

Rus “təcavüzü” və Amerika silahı – SATIŞ ARTIR

Dünyada Amerika silahına tələbat artmaqda davam edir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ Hərbi Hava Qüvvələrinin beynəlxalq münasibətlər üzrə komandanı Haydi Qrant bildirib.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən bəyənilmiş silah satışları üzrə müqavilələr ötən maliyyə ilində 36 faiz artaraq 46,6 milyard dollara çatıb. ABŞ-da ən yaxın illərdə dünyada Amerika silahına tələbatın daha da artacağını gözləyirlər.

Haydi Qrant qeyd edib ki, Amerikanın pilotsuz uçuş aparatları və hərbi təyyarələr daha məşhurdur. Onun fikrincə, indiki halda ABŞ-ın silah bazarında müvəffəqiyyətləri Krımın zəbt edilməsindən sonra Şərqi Avropada yaranan vəziyyətlə əlaqədar davam edəcək.

Agentliyin həmsöhbəti deyib ki, hazırda Rusiyanın təcavüzkar davranışları ilə əlaqədar öz müdafiə qabiliyyətini artırmaq istəyən regionun bir neçə ölkəsi ilə silah çatdırmaları üzrə danışıqlar aparılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm