Rusiya Ermənistana qaz nəqlini dayandırdı
Bizi izləyin

Dünya

Rusiya Ermənistana qaz nəqlini dayandırdı

İyulun 10-dan avqustun 10-dək Rusiya Ermənistana qaz nəqlini dayandırır.

Publika.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın qazpaylayıcı şirkəti "Qazprom Ermənistan"a rəsmi bildiriş göndərib.

Nəqlin dayandırılmasına səbəb magistral kəmərdə təmir işlərinin aparılmasıdır.

Ermənistan əhalisinin təbii qazla təchizatı yeraltı anbarlardakı ehtiyyat qaz hesabına həyata keçiriləcək.

Qeyd edək ki, Ermənistanı qazla Rusiyanın "Qazprom" şirkəti Gürcüstan üzərindən təchiz edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm