Donetsk vilayətinin dövlət administrasiyası seperatçıların əlindədir
Bizi izləyin

Dünya

Donetsk vilayətinin dövlət administrasiyası seperatçıların əlindədir

Donetsk vilayətinin dövlət administrasiyası seperatçıların əlindədir

Ukrayna saatı ilə 8.45-ə olan məlumata görə, seperatçılar Donetsk vilayətinin dövlət administrasiyası binasını əllərində saxlayır.

Publika.Az – ın”unian.net” saytına istinadən verdiyi məlumata görə, bina daxilində əmlakın əksəriyyəti yararsız hala salınıb.

“Binada vandalizm halları baş verir”, - hadisə yerində olan jurnalistlərdən biri söyləyib. Binadakı seperatçılar üçün pulsuz yemək otağı da təşkil olunub.

Qeyd edək ki, Ukraynanın hüquq-mühafizə orqanları əməkdaşları dünən səhər saatlarında Donetsk vilayətinin dövlət administrasiyası binasını azad etmişdilər. Milis həmçinin "xalq qubernatoru" Pavel Qubarevi də saxlayıb.

Sonradan isə bina yenidən seperatçıların əlinə keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm