İŞİD şəhərlərə hücum edə bilər - Şok səbəb
Bizi izləyin

Dünya

İŞİD şəhərlərə hücum edə bilər - Şok səbəb

ABŞ-ın “İHS” analitik araşdırmalar mərkəzi İŞİD-in son 18 ayda İraq və Suriyada zəbt etdiyi ərazilərin dördə birini itirdiyini açıqlayıb.

Publika.az
xəbər verir ki, İŞİD-in ərazi itkisinin 12 faizi 2016-cı ildə olub.

2014-cü ildə “xilafət” elan edən İŞİD-in Suriya və İraqda sahib olduğu ərazi 90 min 800 kvadrat kilometr təşkil edib. 2016-cı il 4 iyul tarixinə olan məlumata görə isə, İŞİD-in hazırda əlində qalan ərazisinin 68 min 300 kvadrat kilometrdir.

2015-ci ildə İŞİD Türkiyə-Suriya sərhədində əsas açar şəhər olan Təl-Abyadı, İraqda isə Ramadini itirib.

Mərkəzin analitiki Kolumb Strak hesab edir ki, ərazi itkisi ilə üz-üzə qalan İŞİD İraqda, Suriyada, həmçinin, Avropa da daxil olmaqla dünyanın bir çox bölgəsində şəhərlərə hücum edə bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm