ABŞ-da məhkəmə binasında atışma olub, ölən və yaralananlar var
Bizi izləyin

Dünya

ABŞ-da məhkəmə binasında atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Sent-Cozef şəhərində (Miçiqan ştatı) məhkəmə binasında naməlum şəxs atəş açaraq iki nəfəri güllələyib.

APA-nın xəbərinə görə, bu barədə CNN məlumat verib.

Məlumata əsasən, atəş açan şəxs polis tərəfindən öldürülüb. Atışma zamanı bir polis əməkdaşı yaralanıb. Hadisənin digər təfərrüatları hələ ki, məlum deyil.

Faktı təsdiqləyən Miçiqan ştatının qubernatoru Rik Snayder bildirib ki, hadisə ilə əlaqədar araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm