Camaata qarşı əməliyyat başladı
Bizi izləyin

Dünya

Camaata qarşı əməliyyat başladı

Camaata qarşı əməliyyat başladı

Fəthullah Gülən camaatına qarşı əməliyyat ilk olaraq Adanada başlayıb.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, hazırda polis müdirinin köməkçisi və şöbə müdiri olmaqla 8 polis məmurunun evində axtarışlar aparılır.

Məlumata görə, Adanada polis məmurlarının evlərində aparılan axtarışlar Türkiyə Daxili İşlər Nazirliyindəki iclasın qeyri-qanuni dinlənilməsi ilə bağlıdır. Saxlanılan 8 nəfərin tək-tək polis şöbəsinə gətirildiyi bildirilir.

Xatırladaq ki, 30 Mart bələdiyyə seçkilərindən əvvəl Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan, Xarici İşlər Nazirliyinin (XİN) baş müşaviri Feridun Sinirlioğlu və Türkiyə Baş Qərargahının ikinci rəisi, ordu generalı Yaşar Gülərə aid olduğu bildirilən səs qeydi yayılmışdı. “YouTube”də yayılan səs qeydində Suriyaya müdaxilə ssenarisi ətrafında danışılırdı.

Türkiyə mətbuatının yazdığına görə, yüksək səviyyəli görüşü dinləyərək sızdıran şəxs tutulub. Casusun Gülən camaatına yaxın bir polis məmuru olduğu iddia edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm