Baş nazir “istefa” dedi, zümzümə etdi – VİDEO
Bizi izləyin

Dünya

Baş nazir “istefa” dedi, zümzümə etdi – VİDEO

Böyük Britaniyanın baş naziri Devid Kameron iyulun 13-də öz postunu tərk edəcəyini elan etməsindən sonra mikrofonu söndürməyi unudub.

Publika.az “BBC News”a istinadən xəbər verir ki, baş nazirin zümzüməsi aydın şəkildə eşidilib.

Hökumət başçısı jurnalistlərə bildirib ki, 12 iyulda Nazirlər Kabinetinin son iclasını keçirəcək və növbəti gün İcmalar Palatasında çıxış edəcək. Kameron oradan istefa ərizəsini vermək üçün Bukingem sarayına yola düşəcəyini bildirib.

Bundan sonra Kameron baş nazirin iqamətgahına yollanıb. O, zümzümə edəndə isə mikrofon hələ söndürülməyibmiş.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm