Hörmüzdə təhlükəli ABŞ-İran qarşıdurması
Bizi izləyin

Dünya

Hörmüzdə təhlükəli ABŞ-İran qarşıdurması

İran İslam İnqilabı Keşikçilər Korpusunun 5 gəmisi Hörmüz boğazında ABŞ Hərbi-Dəniz Qüvvələrinin hərbi gəmisindən təhlükəli məsafədə manevrlər edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Amerikanın “Fox News” telekanalı bildirib.

İnformasiyaya görə, iranlılar Amerika gəmisinin bir neçə yüz metrliyinə yaxınlaşıb. Telekanal bildirir ki, İranın gözətçi gəmilərindən biri reaktiv yaylım atəş sistemi ilə təchiz edilibmiş.

ABŞ Hərbi-Dəniz Qüvvələrinin məlumatına görə, 2015-ci ildə İran gəmilərinin iştirakı ilə 300-dən çox analoji hadisə qeydə alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm