Dünya
Azərbaycanlıları öldürən erməni “Rembo” həbs olundu – ŞOK
Ermənistan məhkəməsi Qarabağ veteranı, “Rembo” ləqəbli keçmiş döyüşçü Stepan Stepanyanın barəsində həbs qərarı çıxarıb.
Publika.az Ermənistanın “Iragir.am” saytına istindən xəbər verir ki, Stepan Stepanyan qanunsuz silah-sursat saxlamaqda ittiham olunur.
Ermənistanın hüquq-mühafizə orqanlarının apardığı axtarış zamanı Stepan Stepanyanın dostunun evində ona məxsus olan avtomat silahı, 10 ədəd avtomat darağı, qumbara və digər hərbi ləvazimatlar aşkarlanıb. Məhkəmə buna görə də keçmiş döyüşçünü həbs edib.
Stepan Stepanyanın qızı Alyona Stepanyan isə məhkəmənin ədalətsiz qərar çıxardığını söyləyərək, həmin silahların birinci Qarabağ müharibəsindən qaldığını söyləyib.
Alyona Stepanyan atasının ötən əsrin 90-cı illərində Qarabağda azərbaycanlılara qarşı cinayət əməlləri törətməsini də etiraf edib:
“Atam xəstə və yaşlı adamdır. Bu silahlar indi onun nəyinə lazımdır? Atam bu silahları Qarabağ döyüşlərindən saxlayır. Vaxtilə həmin silahlarla azərbaycanlıları öldürüb. İndi Ermənistanın atama təşəkkürü budur? Atam kimi döyüşçülər olmasaydı, indi Qarabağ Ermənistanda olmazdı”.
Vasif Həsənli
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!