Daha bir prezident rus jurnalistləri pərt etdi – VİDEO
Bizi izləyin

Dünya

Daha bir prezident rus jurnalistləri pərt etdi – VİDEO

Litva prezidenti Dalya Qribauskayte Rusiyanın “Rossiya” televiziya kanalının əməkdaşlarına müsahibə verməkdən imtina edib.

Publika.az xəbər verir ki, Litva prezidentinin rusiyalı jurnalistlərə necə cavab verməsi anını əks etdirən video sosial şəbəkələrdə də maraqla qarşılanıb.

Eyni zamanda, xanım prezident Estoniya və digər ölkələrin kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələrini səmimi qarşılayıb. Hətta, prezident Dalya Qribauskayte Estoniya televiziyasının kamerasına üzünü tutaraq, salam da göndərib.

Xatırladaq ki, ötən həftə Ukrayna prezidenti Pyotr Poroşenko ilə Rusiya jurnalistlər arasında da növbəti qarşıdurma yaşanıb. Rusiyanın “Rossiya” televiziya kanalının əməkdaşı Ukraynanın dövlət başçısına yaxınlaşaraq ondan Donbasda seçkilərin nə vaxt keçiriləcəyini soruşub. Ukrayna prezidentinin cavabı isə çox sərt olub: “Ukrayna ərazisindən Rusiya qoşunları çıxarılanda və ruslar ukraynalıları öldürməyi dayandıranda”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm