Avropa Parlamentində PKK şərgisi
Bizi izləyin

Dünya

Avropa Parlamentində PKK şərgisi

Avropa Parlamenti Türkiyə ilə bağlı qalmaqallı bir hərəkətə imza atıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa Parlamentində PKK terror təşkilatının lideri Abdullah Öcalan və təşkilatın Suriya qolu olan PYD üzvlərinin fotoşəkillərinin nümayiş edildiyi sərgi açılıb.

Sərgi Avropa Parlamentinin İctimai Demokratlar qrupunun millət vəkili Josef Veydenholzerin ev sahibliyi ilə açılıb.

Sərgi bir həftə açıq olacaq. Fotoşəkillərin altında olan qeydlərdə Suriyanın şimalındakı bəzi yerlər “kanton” kimi göstərilib.

2013-cü ildə çəkilən bir fotoşəkildə Abdullah Öcalanın portreti görünür. 2014-cü ildə PYD-nin bir konqresində də PKK liderinin fotoşəkli var.

Yalnız Avropa Parlamentinin yerləşdiyi Belçika deyil, Almaniya, Avstriya, Danimarka, Fransa, Hollandiya, İsveç və Yunanıstanda da PKK terror təşkilatı fəaliyyət göstərir. Avropa Birliyinin terror təşkilatları siyahısında olmasına baxmayaraq, PKK-ya qarşı konkret addımların atılmaması Ankara tərəfindən etirazla qarşılanır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm